Loading
Vizitka sifarişi, üzərində şəxs ya da firmaya aid ad, soyad, ünvan və əlaqə məlumatları olan kiçik kartlardır. Vizitkart, müştərilər üçün tanıdıcı məlumatlar daşıdığından çox önəmli bir əlaqə kartıdır. Vizitkartlar sayəsində şirkət-müştəri arasında əlaqə qurmaq daha asan olduğu üçün vizitkart dizaynına xüsusi önəm verilməsi gərəkdir. Vizitkart üzərində yer alan məlumatlar sayəsində əlaqə uzunmüddətli hal ala bilir.
Müştərilərin şirkət ya da şəxslər ilə asan bir şəkildə əlaqə qura bilmələri üçün vizitkart üzərində yer alması gərəkən başlıca məlumatlar vardır. Bunlar haqqında qısaca;
– Şirkətin adı/ logosu
– Şəxsin adı/ soyadı
– Şəxsin tutduğu vəzifə
– Telefon nömrələri
– Korporativ mail adresi
– Korporativ web sayt adresi
– Faks nömrəsi
– Ãœnvan məlumatları
Yuxarıda yer alan bu məlumatlar mütləq şəkildə vizitkartda olması gərəkən məlumatlardır. Vizitka sifarişi zamanı şəxsin istəyinə uyğun olaraq vizitkartlar ın üzərinə QR kodu əlavə oluna bilər. Bəzən vizitkart çapı zamanı incələdiyimizdə üzərində sadəcə şəxsin adı/soyadı, ünvanı və şirkətin logosuna yer verildiyini görmək mümkündür. Hər nə qədər vizitkartda sadəlik önəmli bir detal olsa da şəxsə və yaxud şirkətə aid əlavə məlumatların qeyd olunmasındada fayda vardır.
Vizitkartlar xüsusəndə iş münasibətləri qurmaq üçün müştəri ilə həyata keçirilən görüşlər zamanı qarşı tərəfə verilməkdədir. Yeni iş görüşmələrində xüsusən də görüşmə sonunda müşətriyə vizitkartınızı verməsəniz bu durum güvən zədələnməsinə səbəb ola bilər. Bunu yaxşı bilmək gərəkdir ki; əyər iş həyatında öz yerinizi tutmaq isdəyirsinizsə vizitkart sahibi olmaq mütləqdir. Əks təqdirdə sektorda etibar itirilməsi ilə qarşılaşa bilərsiniz. Çünki sektorda iş görəcəyiniz şəxs ya da qurumlar vizitkart yolu ilə sizə istədikləri zaman yetişə biləcəyini düşünürlər. Əyər gördüyünüz iş, işlədiyiniz şirkətə dair bir vizitkartınız yoxdursa müştərinin düşüncəsində əl çatanlıq nöqtəsində bir problemlər yaranar və güvənsizlik meydana gələ bilər. Aktiv olaraq fəaliyyət göstərdiyiniz şirkətə dair ya da yeni girmiş olduğunuz sektor sahəsində uğurlu olmaq olmaq, insanların güvənlərini zədələməmək isdəyirsinizsə həm sizi həmdə şirkətinizi təmsil edəcək bir vizitka sifarişi etməyiniz tövsiyyə olunur. Əks təqdirdə qurumsal kimliyinizin önəmli bir qismi yarımçıq qalmış olacaq.
Bütün vizitkartların ön üzündə şirkətə aid logo, şirkətin logosu, şirkətin adı, quruma aid əlaqə məlumatları və şəxsin adı/soyadı, əlaqə məlumatları və ünvanı yer almaqdadır. Vizitkartın arxa üzümüxtəlif formalarda ola bilir. İş yerinizin məkanı çətin eyrdədirsə vziitkartın arxa üzündə xəritə əks etdirə bilərsiniz. Fəqət günümüzdə texnologiyanın verdiyi imkanlara görə bəzi müşətrilərimiz vizitkart sifarişi zamanı vizitkartın arxa üzünə xəritəyə bağlı QR kod yerləşdirirlər. Bəzi müşərilərimiz vizitkart sifarişi zaman vizitkartların arxa üzünə eyni məlumatları başqa dildə yerləşdirilməsini və yaxud böyük formada yalnız logo çap olunmasını istəyirlər.
Vizitka çapı sifariş edərkən adətən ən çox qarşladığımız çətinliklərdən biridə material seçimidir. Müxtəlif materiallar üzərinə vizitka çapı mümkün olduğunu nəzərə alarsaq, hansı material üzərinə vizitkart çapı sifariş edəcəyimizi necə təyin etməliyik?
Burada sizə mövcud olan vizitkart növləri haqqında ətraflı məlumat verəcəyik.
Mat vizitkart:
-90×50 mm ölçüdə
-300 qram kağızda
-kiçik tirajlarla çap olunur.
Karton vizitkart digər vizitkartlarla müqayisədə ən qalın vizitkartdır. Karton vizitka nın hazırlanma prosesi digər vizitkartlarla müqayisədə daha çox zaman alır. Ən keyfiyyətli vizitkart növü olan Karton vizitka kənarları oval formada kəsilir və istəyə görə karton vizitkart sifarişi qabarıq hərflərlə hazırlanır.
Şəffaf Vizitkart digər vizitkartlarla müqayisədə ən kreativ vizitkartdır. Şəffaf vizitka nın hazırlanma müddəti 15 gündür. Ən kreativ vizitkart növü olan Şəffaf vizitka kənarları oval formada kəsilir və istəyə görə şəffaf vizitkart sifarişi qabarıq hərflərlə hazırlanır. Şəffaf vizitkartlar qalın pvc (plastik) materialdan hazırlanır və 1 üzlü çap olunur. Bu vizitkart sifarişi zamanı nəzərə alınmalı olan əsas məqam vizitkartın 1 adamın adına minimum tirajı 500 ədəd olmasıdır.