Loading
Qaimə və ciddi hesabat blankları – hər bir şirkət, müəssisə və təşkilat üçün vacib olan rəsmi sənədlərdir. Bu sənədlər həm daxili uçot, həm də müştəri qarşısında şəffaf və etibarlı fəaliyyət üçün zəruridir.
OkPrint.az sizə bütün növ qaimə və rəsmi blankların çapı xidmətini təklif edir.
Ən çox sifariş edilən növlər:
Daxili qaimə (A4, A5 formatında) – 1 orijinal + 1 və ya 2 kopya variantlarda;
Texniki baxış kitabçası və zemanət talonu – texniki xidmət və satış sonrası sənədləşmə üçün;
Kassa mədaxil və məxaric orderləri – maliyyə əməliyyatlarının qeydiyyatı üçün;
Resept və xidmət blankları – fərdi sahibkar və xidmət müəssisələri üçün;
Mənzil-kommunal xidmət qəbzləri – çoxsaylı xidmət təşkilatları üçün rəsmi formalar.
Bütün qaimələr orijinal və kopyalı (öz yazan) kağızlarda hazırlanır.
Çap prosesi lazer və ya ofset üsulu ilə aparılır və nəticədə yazı aydın, oxunaqlı və uzunömürlü olur.
İstəyə görə qaimələrin üzərinə şirkət loqosu, ünvan və VÖEN məlumatları əlavə olunur.
OkPrint mətbəəsi – Bakıda qaimə çapı və rəsmi blankların hazırlanması sahəsində etibarlı mətbəələrdən biridir. Sifarişlər adətən 1–3 iş günü ərzində təhvil verilir.
Həm kiçik, həm də böyük tirajlı sifarişlər üçün sərfəli qiymətlər təklif olunur.