O K P R I N T

Loading

Vizitkart sifarişi – iş dünyasında ilk təəssüratı yaradan və peşəkar imici əks etdirən ən vacib təqdimat vasitəsidir.
Müştərilərlə görüşlərdə, sərgilərdə və tədbirlərdə təqdim olunan vizitkartlar sizi və brendinizi yadda saxlanılası edir.

OkPrint.az sizə vizitkart sifarişi və çapı üzrə geniş seçim təklif edir.
Burada həm sadə və sərfəli variantlar, həm də premium və xüsusi materiallardan hazırlanmış vizitkartlar tapa bilərsiniz:

Ekonom vizitkartlar – 300–350 qram kağızda, lazer çapla;

Mat və parlaq laminasiyalı vizitkartlar – uzunömürlü və estetik görünüş üçün;

Naxışlı və teksturalı vizitkartlar – vizual və toxunuş fərqi yaradan materiallar;

Karton və VIP vizitkartlar – 600–700 qram qalınlıqda, premium təqdimat üçün;

Zərif Məxməri və Karton Məxməri vizitkartlar – qabarıq UV çaplı, toxunuşda ipəksi hiss yaradan premium seçimlər.

Vizitkart çapı zamanı ölçü (85×55 mm), kənar forması (oval və ya düz), həmçinin çap üsulu (lazer və UV) fərqli ola bilər.
İstəyə görə dizaynı biz hazırlaya bilərik və ya hazır faylınızı göndərə bilərsiniz.

Minimal sifariş və təhvil müddəti vizitkartın növündən asılıdır:

Lazer çaplı vizitkartlar (mat kağız, mat və parlaq laminasiyalı, 350 qram naxışlı) – 100 ədəddən, 1 iş günü;

VIP karton, naxışlı karton və məxməri vizitkartlar – 100 ədəddən, 2 iş günü;

Standart vizitkart (toplu tiraj) – 1000 ədəddən, 10 gün;

Qabarıq çaplı karton vizitkart – 1000 ədəddən, 30 gün;

Şəffaf vizitka – 500 ədəddən, 30 gün.

OkPrint mətbəəsi – Bakıda vizitkart çapı və sifarişi üzrə ixtisaslaşmış peşəkar mətbəədir.
Biz həm fərdi müştərilər, həm də şirkətlər üçün keyfiyyətli və sürətli xidmət göstəririk.

img
img
img
img
Mətbəə Xidmətləri

Sifariş Üçün Elə İndi
Bizə Yazın!

WhatsApp Əlaqə