O K P R I N T

Loading

VIP Məxməri Vizitkart

.

Material 300 qr. məxməri kağız
Minimal tiraj 100 ədəd
Təhvil müddəti 3 gün
Dizayn 5 ₼
Qeyd Daha az sifariş etmək mümkün deyil.
Qeyd Qabarıq çap olarsa qiymətə 10 AZN əlavə olur.
₼ 35

Məxməri vizitkartı kimlər seçməlidir?

Bir çox müştərimiz var ki, məhz bu material onların əvəzolunmaz seçimidir və daimi olaraq təkrar sifariş edirlər. Məxməri vizitkartın özəlliyi onları yumşaqlığı və toxunanda elit bir hiss bəxş etməsidir. Parça tipli barxad materialdan olan bu vizitkartların 2 növü mövcuddur: 300 qram standart yumşaqlıqda və 600 qram karton kimi qalın formada. Aşağıda videoda göstərilən material standart yumşaqlıqda olan məxməri vizitkartlara aiddir. Bu materialların çap üsullarıda adi vizitkartlardan fərqlənir.

Məxməri vizitkart üçün hansı çap üsullarından istifadə olunur?

Aşağıda sizə çap üsullarını sadalayıb hər biri haqqında ətraflı məlumat verəcəyik. Qeyd edək ki, bu çap üsulları qiymətlərin təyin olunmasında ən mühüm rol oynayır. Bu çap üsulları aşağıdakı kimidir.

  • Lazer çap
  • Trafaret çap (sadə)
  • Trafaret çap (qabarıq)
  • UV çap (VIP)

Məxməri vizitkart Lazer çap ilə

Məxməri vizitkart lazer çap üsulu ilə

Bu materialda ən az istifadə olunan çap növü lazer çap vizitkartlardır. Buna səbəb isə məxməri vizitkartların lazer çap texnoligyasını çox dəstəkləməməsidir. Məxməri materialın rəng çeşidləri müxətlifdir amma lazer çap ilə çap olunması üçün yalnız ağ rəng materialdan istifadə olunmalıdır və fon rənglərindən istifadə olunmamalıdır.

Trafaret çap üsulu

Trafaret çap üsulu əslində çox qədim çap üsullarından biridir. Bu çap üsulu ilə bir çox səthlərin üzərinə çap etmək mümkündür. İndi yeni çıxan texnolgiyalar bu çap üsulunu əvəz edə bilir. Bu çap üsulunu əvəz edən aparatın adı UV çap aparatıdır. UV çap kəşf edilməmişdən öncə yalnız trafaret çapından istifadə olunurdu. Bu eyni zamanda həm zəhmətli amma maya dəyəri çox ucuz başa gələn bir növdür. Trafaret çap ilə yalnız səthə 1 rəngli çap etmək mümkündür. Eyni zamanda bu çapı qabarıq formada etməkdə olar. Bunun üçün isə çapdan sonra boyanın üzərinə xüsusi qabarıdıcı tozlar əlavə edilir.

UV Çap üsulu

Bu çap üsulu müasir mətbəə dünyasında sürətlə yayılan ən ideal çap növlərindən biridir. Maliyyəti baha başa gələn bu aparat hər bir səthin üzərinə yüksək keyfiyyətli eyni zamanda rəngli və laklı çap etmək bacarığına sahibdir. Biz bu aparatın imkanlarından təkcə vizitkartlarda deyil eyni zaman da şüşə lövhələr, plastik kartlar, bloknot və sayrə kimi məhsulların üzərinə çap etmək üçündə istifadə edirik. UV çap üsulu ilə hazırlanmış vizitkartlar digər növ vizitkartlardan qiymətcə baha olsada VIP vizitkart olaraq ən çox arzu olunandır.

Siz hansı növ çap üsulunu seçməlisiz?

Məxməri vizitkartlarda trafaret çap üsulunun ən böyük üstünlüyü qiymətinin UV çapla müqaisədə ucuz olmasıdır. Dezavantajlar isə sadəcə bir rəngli çapın mümkün olması və hazır olma müddətinin 3-5 gün olmasıdır. Əgər sizin kifayət qədər zamanınız varsa və büdcəyə qənaət etmək istəyirsinizsə, trafaret çap üsulu sizin üçün ən uyğun variantdır. Sizin logonuz rənglidirsə, həm qabarıq həm rəngli çap istəyirsinizsə və eyni zamanda bunun 1 günə hazır olmasını istəyirsinizsə mütləq şəkildə UV çap sizin üçün ən uyğun variantdır.

img
img
img
img
img
Mətbəə Xidmətləri

Sifariş Üçün Elə İndi
Bizə Yazın!

WhatsApp Əlaqə