Loading
Çap üsulu | DTF, UV DTF |
Təhvil müddəti | 1-2 gün |
Dizayn | Hədiyyə |
OkPrint Mətbəəsi sizə formaların üzərinə çap, jiletka üzərinə çap, kaska üzərinə çap, kepka üzərinə çap, köynək və paltar üzərinə çap kimi xidmətlər təklif edir.
Brend imicini gücləndirmək, şirkətinizin vahid geyim üslubunu yaratmaq və komandanızın peşəkar görünüşünü təmin etmək üçün bu xidmətlər mükəmməl seçimdir.
Çap prosesi müasir UV, DTF və Fleks üsulları ilə aparılır. Dizaynlar isti press vasitəsilə geyimə həkk olunur və 30°C temperaturda yuyulduqda belə uzunömürlü qalır.
Qiymətlər ölçüyə, çap sahəsinə (yalnız kürək, sinə və ya hər ikisi) və say miqdarına görə dəyişir. Təhvil müddəti adətən 1–3 iş günü arasında olur.
Jiletka üzərinə çap xidməti xüsusilə sarı işçi jiletkaları üçün nəzərdə tutulub.
Çap DTF texnologiyası ilə aparılır – bu üsulda dizayn əvvəlcə filmə köçürülür, sonra isti press vasitəsilə jiletkanın üzərinə köçürülür.
Nəticədə çap parlaq, silinməyən və uzunömürlü olur.
Müştəri jiletkaları öz tərəfindən təqdim edir.
Təhvil müddəti: 1 iş günü.
Kaska üzərinə çap xidməti mühəndis və istehsalat sahəsində çalışan şirkətlər üçün ideal seçimdir.
Çap UV DTF üsulu ilə aparılır – bu texnologiya sayəsində çap qopmur, silinmir və pozulmur.
Hər bir kaska müştəri tərəfindən təqdim olunur və materialına uyğun şəkildə işlənir.
Qiymət say miqdarına və çap ölçüsünə görə dəyişir.
Təhvil müddəti: 3 iş günü.
Formaların üzərinə çap xidməti – işçi geyimlərində şirkət loqosunu, adını və ya bölmə adlarını əks etdirmək üçün ən çox seçilən xidmətdir.
Çap DTF və Fleks üsulları ilə aparılır.
Bu üsullar həm parça üzərində dəqiq görüntü, həm də yuyulmaya qarşı davamlılıq təmin edir.
Çap həm sinəyə, həm də kürəyə tətbiq oluna bilər.
Təhvil müddəti: 1–2 iş günü.
Kepka üzərinə çap xidməti reklam, tədbir və brend tanıtımı üçün mükəmməldir.
Çap DTF üsulu ilə aparılır və rənglərin parlaqlığı uzun müddət qorunur.
Minimal sifariş miqdarı 10 ədəd, qiymət isə 5 AZN-dən başlayır.
Kepkalar həm müştəri tərəfindən təqdim oluna bilər, həm də OkPrint tərəfindən təmin edilir.
Paltar üzərinə çap – həm korporativ, həm də fərdi məqsədlər üçün seçilən xidmətdir.
Çap isti press ilə DTF və Fleks üsullarında aparılır. Geyim müştəri tərəfində təmin edilməlidir. Geyim istehsalı ilə məşğul olan şirkətlərdən və ya mağazalardan əladə edə bilərsiniz.
Bu, dizaynın paltarın teksturasına tam hopmasını, qopmamasını və solmamasını təmin edir.
Yuyulma zamanı rənglər dəyişmir, forma uzerine cap uzunömürlü qalır.
Təhvil müddəti: 1–3 iş günü.
OkPrint Mətbəəsi
Bakı
+99455 974 85 54 / +99455 358 36 63
okprint.az