Loading
Demək olar ki hər bir müştəri reklam sifariş edərkən ilk öncə diqqət etdiyi məqam qiymətlərdir. Hər birimiz daha ucuz reklam şirkətləri axtarışındayıq. İlk öncə biz qiymətlərin bəzilərində çox baha, bəzilərində çox ucuz olmasının səbəblərinə aydınlıq gətirək. Bunun üçün ilk öncə biz Reklam şirkətləri və Mətbəə arasındakı fərqlərdən danışaq. Reklam şirkətləri adətən mətbəələrdən daha baha qiymətə çap xidmətləri təklif edir. Buna səbəb odur ki reklam şirkətləri vasitəçi rolu oynayır və mətbəədən aldığı qiymətin üzərinə öz mənfəətini qoyaraq müştəriyə təklif edir. Reklam şirkətlərinin avantajları bundan ibarətdir ki onlar sizin yerinizə dizayndan başlamış çapın keyfiyyətinə kimi özləri nəzarət edir. Burada biz reklam şirkətlərinin nəyə görə mətbəələrə nisbətən daha baha qiymət təklif etdiyini başa düşmüş olduq.
Bazarı araşdırsaq günümüzdə çap və dizayn xidmətləri təklif edən bir çox şirkətlər görə bilərik. Bəs bu şirkətləri fərqləndirən cəhətlər nələrdir? Bir çoxları üçün bu şirkətləri fərqləndirən tək cəhət qiymətlərdir. Bəs necə olur ki bir mətbəə digərindən daha ucuz çap xidmətləri təklif edir? Buna səbəb çap aparatlarının böyüklüyü, gündəlik gələn sifarişlərin sayı və çap forması ola bilər. Misal üçün Okprint Reklam şirkəti 5000 ədəd Flayeri 95 AZN-ə təklif etdiyi halda digər mətbəələr bundan daha baha qiymət təklif edirlər. İndi gəlin iş mexanizmini daha aydın şəkildə izzah edək. Bir A3 vərəq təsəvvür edin. A3 vərəqin üzərinə 6 ədəd fərqli flayer dizaynı düzərək eyni anda 6 fərqli sifarişi çap edərsək kağız istifadəsini azaltmaq mümkündür və bu halda çap qiyməti dəfərlərlə aşağı düşür. Daha aydın izzah etsək digər şirkətlərin 200 manat çap mayası qarşılığında 5000 ədəd flayer çap edə bildikdə biz 6×5 yəni 30.000 ədəd flayer çap edə bilirik. Belədə sual yaranır ki bəs nəyə görə digər mətbəələr sizin kimi çalışmır. Buna səbəb digər mətbəələrin müştəri sayısı az olmasıdır. 6 fərqli flayer sifarişi yığılması bizdə 3 gün vaxt çəkərsə digər mətbəələrdə bu 10-20 gün arası çəkə bilir və buda müştərilərin sifarişdən imtina etməsinə səbəb olur.
Bu suala cavab tapmaq üçün gəlin digər reklam şirkətləri və mətbəələrin iş prinsipi ilə bizim iş prinisplərimizə aydınlıq gətirək. Bizim mətbəəyə müraciət edən müştərilər adətən digər şirkətlərdən şikayətləri bunlar olur. Gec çap olundu, dizayn yaxşı yığılmamışdı, əməkdaşların müştərilərə ayırmağa vaxtı yox idi və sayrə. Bizdə digər mətbəələrdən fərqli olaraq hər bir müştəriyə fərdi yanaşılır və sifarişi tam formada qəbul etdikdən sonra müştəriyə nə zaman təhvil veriləcəyi haqqında dəqiq məlumat verilir.
Bizim mətbəədə hər zaman yüksək səviyyəli, müştərilərinizin gözünü oxşayacaq dizaynlar sifariş edə bilərsiniz. Kataloq sifarişi və çapı, vizitka sifarişi və çapı, flayer və buklet sifarişi və çapı zamanı professional dizaynerlərimiz sizin sifarişinizə fərdi yanaşaraq özəl dizaynların yığılmasını təmin edəcəklər.
Vizitkart, flayer, buklet, kataloq sifarişi və çapı zamanı ən çox diqqət edilməli məqamlardan biridə çapın keyfiyyətidir. Keyfiyyətli çap deyərkən nə nəzərdə tutulur?
Misal üçün düşünək ki biz flayer çapı sifarişi və ya buklet çapı sifarişi edirik. Bu zaman biz kağız qalınlığı və çap növü haqqında məlumat almalıyıq. Standart olaraq flayer və buklet çapı 170 qram kağızda offset aparatında çap olunur. 170 qram kağız flyer və buklet üçün standart sayılan bi materialdır və daha qalın arzu edilərsə normaldan daha baha qiymət sifariş etmək mümkündür.