Loading
| Material | Məxməri |
| Minimal tiraj | 1 ədəd |
| Təhvil müddəti | 1-3 gün |
| Dizayn | 5-10 ₼ |
| Rənglər | Göy, Qırmızı, Bordo |
| Qeyd | Qiymət materiala və saya görə dəyişir. |
Plaket sifarişi mükafatlandırma, təşəkkür və xatirə məqsədilə təqdim edilən prestijli təqdimat məhsullarıdır. Plaketlər adətən ad günü, yubiley, işdə təltif, korporativ tədbirlər, naminasiyaların hazırlanması və təltifnamə sifarişi üçün istifadə olunur.
Plaket sifarişi zamanı əsas məqsəd yalnız bir məhsul almaq deyil, qarşı tərəfə verilən dəyəri düzgün şəkildə təqdim etməkdir. Bu səbəbdən plaketlərin hazırlanması zamanı material seçimi, ölçü, dizayn və çap üsulu xüsusi əhəmiyyət daşıyır.
Hazırda təqdim etdiyimiz plaketlər dörd əsas model üzrə hazırlanır:



P01 plaket modeli məxməri material üzərində hazırlanır və üzərində gümüşü və ya qızılı metal lövhədə çap daxildir. Qiymət–keyfiyyət balansına görə plaket sifarişi zamanı ən çox seçilən variantdır.
Mövcud rənglər: göy, bordo, qırmızı
Ölçü: 15×20 sm
| Sifariş sayı | 1 ədədin qiyməti (AZN) | Yekun qiymət (AZN) |
|---|---|---|
| 1 ədəd | 45,00 | 45,00 |
| 3 ədəd | 30,00 | 90,00 |
| 10 ədəd | 25,00 | 250,00 |
| 30 ədəd | 20,00 | 600,00 |
Bu model ad günü plaketləri, işdə təltif, müəllim və əməkdaş təşəkkürü, naminasiyaların hazırlanması üçün ideal seçimdir.


PC03 plaketləri taxta əsas üzərində hazırlanır və daha ciddi, rəsmi görünüş yaradır. Üzərində gümüşü və ya qızılı metal lövhədə çap qiymətə daxildir.
Mövcud rənglər: qara, krem
Ölçü: 18,5×23,5 sm
| Sifariş sayı | 1 ədədin qiyməti (AZN) | Yekun qiymət (AZN) |
|---|---|---|
| 1 ədəd | 55,00 | 55,00 |
| 3 ədəd | 39,00 | 117,00 |
| 10 ədəd | 32,00 | 320,00 |
| 30 ədəd | 29,00 | 870,00 |
Bu plaket növü əsasən təltifnamə sifarişi, rəhbərlik üçün təşəkkür və rəsmi tədbirlərdə istifadə olunur.



P02 modeli həm məxməri səth, həm də taxta elementlərin birləşməsi ilə hazırlanır. Vizual olaraq daha ağır və premium təsir yaradır.
| Sifariş sayı | 1 ədədin qiyməti (AZN) | Yekun qiymət (AZN) |
|---|---|---|
| 1 ədəd | 65,00 | 65,00 |
| 3 ədəd | 47,00 | 141,00 |
| 10 ədəd | 40,00 | 400,00 |
| 30 ədəd | 39,00 | 1.170,00 |
Bu model yubiley, xüsusi təşəkkür və yüksək səviyyəli təqdimatlar üçün seçilir.



PC06 modeli ornamentli dizaynı ilə fərqlənir və estetik görünüşü ilə diqqət çəkir.
Ölçü: 20×20 sm
| Sifariş sayı | 1 ədədin qiyməti (AZN) | Yekun qiymət (AZN) |
|---|---|---|
| 1 ədəd | 61,00 | 61,00 |
| 3 ədəd | 41,00 | 123,00 |
| 10 ədəd | 37,00 | 370,00 |
| 30 ədəd | 35,00 | 1.050,00 |
Bu plaket növü yaradıcı tədbirlər, fərqli dizayn istəyən müştərilər üçün uyğundur.
Plaketlərin hazırlanması zamanı sublim texnologiyasından istifadə olunur. Dizayn əvvəlcə metal lövhə üzərinə uyğunlaşdırılır, daha sonra sublim çap vasitəsilə metal üzərinə köçürülür. Hazırlanan metal lövhə plaketin müvafiq hissəsinə yapışdırılır. Bu üsul çapın silinməməsini və uzunömürlü olmasını təmin edir.
Hazır dizaynınız yoxdursa, dizayn xidmətimizdən istifadə edə bilərsiniz.
Plaketlər dəyərin və hörmətin ən gözəl təqdimat formalarından biridir. Müxtəlif plaket növləri və qiymət seçimləri ilə hər büdcəyə uyğun plaket sifarişi mümkündür. Plaket çapı zamanı keyfiyyətli material və düzgün dizayn seçimi təqdimatın təsir gücünü artırır.