O K P R I N T

Loading

Masaüstü təqvim (7 vərəq)

Material 300 qr. mat kağız
Minimal tiraj 1 ədəd
Təhvil müddəti 1-3 gün
Dizayn 50 ₼
Qeyd Qiymət materiala və saya görə dəyişir.
₼ 6.50

Masaüstü təqvim qiymətləri

Aşağıdakı cədvəldə masaüstü təqvim sifarişi üçün mövcud qiymətlər göstərilib. Qiymətlər 7 vərəqli, A5 ölçüdə, 300 qram kağızda lazer çapla hazırlanmış təqvimlər üçündür.

Sifariş sayı1 ədədin qiymətiÜmumi məbləğ
30 ədəd9 AZN270 AZN
50 ədəd8 AZN400 AZN
100 ədəd6.50 AZN650 AZN
  • Çap üsulu: Lazer çap
  • Təhvil müddəti: 3 iş günü

Toplu təqvim sifarişitəqvimlərin sifarişi üçün bu qiymətlər həm keyfiyyət, həm də büdcə baxımından çox sərfəlidir. Korporativ hədiyyələr, kampaniyalar və illik brend təqdimatı üçün ideal seçimdir.


Masaüstü təqvim sifarişi – 7 vərəqli A5 masa təqvimi

İl boyu brendinizi müştərilərinizə xatırlatmaq üçün ən praktik yollardan biri masaüstü təqvim sifarişi verməkdir. OkPrint mətbəəsində hazırlanan 7 vərəqli masaüstü təqvimlər həm funksional, həm də estetik görünüşü ilə seçilir.

Təqvim vərəqləri 300 qram qalın kağızda lazer üsulu ilə çap olunur. Bu qalınlıq həm keyfiyyətli görüntü, həm də uzunömürlü istifadə baxımından çox uyğundur. Vərəqlərin ölçüsü A5 formatıdır – masa üzərində həm kompakt, həm də rahat oxuna bilən ölçüdür. Peşəkar masaüstü təqvim çapı sayəsində rənglər parlaq, yazılar isə aydın görünür.

Hər vərəqin bir üzündə bir ay, digər üzündə isə növbəti ayın təqvimi yerləşdirilir. Beləliklə, cəmi 7 vərəqlə bütün ili əhatə edən rahat və funksional masaüstü təqvim əldə etmiş olursan. Bu cür təqvim çapı ofislər, resepsion zonalar, kassalar, məsləhət və satış masaları üçün ideal seçimdir.


Vərəqlərin dizaynı və brend yerləşdirilməsi

Bu masaüstü təqvimin ən böyük üstünlüklərindən biri brend təqdimatı üçün xüsusi sahələrin nəzərdə tutulmasıdır. Birinci vərəqin ön tərəfində:

  • Şirkət loqosu
  • Sloqan
  • Göz oxşayan əsas dizayn
  • Əlaqə məlumatları və sayt ünvanı

yerləşdirilə bilər.

Eyni vərəqin arxa tərəfində isə şirkət haqqında məlumatlar, fəaliyyət sahələriniz, xidmətləriniz və istəyə uyğun şəkillər əlavə etmək mümkündür. Bu, təqvimlərin hazırlanması zamanı brendinizi daha ətraflı tanıtmağa kömək edir. Müştəri il boyu həm təqvimdən istifadə edir, həm də hər gün brendinizi və mesajınızı görür.

Bu yanaşma sayəsində sadə bir kalendar deyil, həm də brendiniz üçün 365 günlük reklam daşıyıcısı qazanmış olursunuz. Peşəkar görünüşlü kalendar çapı imic baxımından da müsbət təsir yaradır.


Hədiyyəlik masaüstü təqvim ideyaları

Masaüstü təqvim yalnız korporativ məqsədlə deyil, həm də hədiyyəlik təqvim kimi çox maraqlı və emosional seçimdir.

  • Sevdiyin insan üçün 1 ədəd xüsusi masaüstü təqvim sifariş edə bilərsən. Hər ayın vərəqində onun şəkillərini, birlikdə xatirələrinizi və xüsusi tarixləri yerləşdirmək mümkündür.
  • Ailə üçün foto xatirələrdən ibarət şəxsi kalendar sifarişi hazırlatmaq olar – hər ay üçün ayrı bir foto və qısa mesaj.
  • Uşaq fotoları, ad günləri, ailə tədbirləri kimi xatirələri il boyu masa üstündə saxlamaq üçün fərdi təqvim hazırlanması çox ideal seçimdir.
  • Korporativ tərəfdaşlar və müştərilər üçün şirkət loqosu və brend rənglərində hədiyyəlik masaüstü təqvimlər sifariş edib, il boyu onların gözünün qarşısında ola bilərsən.

Beləliklə, təqvimlərin çapı yalnız tarix göstərmir, həm də hiss və xatirə daşıyır.


Dizayn xidməti – təqvimlərin hazırlanması üçün peşəkar dəstək

Hazır dizaynın yoxdursa, dizayn xidmətini birbaşa bizdən sifariş edə bilərsən. OkPrint komandası sənin brendinə və istəyinə uyğun ən ideal dizayn variantlarını hazırlayıb göndərir.

  • Dizayn xidməti: 50 AZN-dən başlayır
  • Şirkət rəngləri, loqo və sloqan nəzərə alınır
  • Həm korporativ, həm də hədiyyəlik üslubda dizaynlar mümkündür
  • Səndən təsdiq alındıqdan sonra təqvimlərin çapı mərhələsinə keçilir

Bu şəkildə həm vaxtına qənaət etmiş olursan, həm də vizual olaraq peşəkar görünüş qazanırsan.


Kimlər üçün uyğundur?

OkPrint-də hazırlanan masaüstü təqvimlər:

  • Şirkətlər və korporativ müştərilər
  • Ofis masaları, resepsion və kassalar
  • Klinikalar, tədris mərkəzləri və xidmət ofisləri
  • Agentliklər və foto studiyalar
  • Ailə və şəxsi hədiyyələr

üçün uyğundur. Bir məhsulla həm masaüstü təqvim çapı, həm kalendar çapı, həm də reklam daşıyıcısı ehtiyacını qarşılamaq mümkündür.

Tez-tez verilən suallar (FAQ)

Təqvimlər neçə günə hazır olur?

Təqvimlər lazer çapla hazırlanır və standart olaraq 3 iş gününə hazır olur. Böyük tirajlarda müddət əvvəlcədən razılaşdırıla bilər.

Dizayn xidməti mövcuddur?

Bəli. Dizayn xidməti mövcuddur və 50 AZN-dən başlayır. Şirkətinizin və ya şəxsi istəyinizə uyğun ən ideal dizaynları hazırlayıb sizə təsdiq üçün göndəririk.

1 ədəd sifariş etmək olarmı, hədiyyəlik?

Bəli, mümkündür. Xüsusilə hədiyyəlik və şəxsi istifadə üçün 1 ədəd masaüstü təqvim sifarişi qəbul edə bilərik. Sevdiyiniz insan üçün tam fərdi dizaynla hazırlanmış təqvim çox unikal və yadda qalan hədiyyədir.

img
img
img
img
img
Mətbəə Xidmətləri

Sifariş Üçün Elə İndi
Bizə Yazın!

WhatsApp Əlaqə