O K P R I N T

Loading

Vizitkart çapı və sifarişi

Material 300 qr. mat kağız
Minimal tiraj 100 ədəd
Təhvil müddəti 1 gün
Dizayn 5 ₼
Qeyd Daha az sifariş etmək mümkün deyil.
₼ 0.15

Peşəkar təqdimat vizitkartla başlayır.
OkPrint mətbəəsi sizə həm fərdi, həm də korporativ təqdimatlar üçün müxtəlif material və dizaynda vizitkart çapı və sifarişi xidməti təklif edir.
Vizitkartlar brendinizin ilk təəssüratını yaradan ən vacib elementlərdən biridir – səliqəli dizayn, düzgün material və keyfiyyətli çap sizi rəqiblərdən fərqləndirir.

Vizitkart Növləri

Vizitkart çapı və sifarişi

OkPrint-də hər zövqə və büdcəyə uyğun vizitkart növləri var.
Sifarişinizə uyğun istənilən materialda və formada vizitkart hazırlayırıq:

  1. Ekonom Vizitkart – Sadə və Münasib
  2. Standart Plus Vizitkart – Çox satılan
  3. Mat Laminasiyalı Vizitkart – Səliqəli Görünüş və Dayanıqlı material
  4. Parlaq Laminasiyalı Vizitkart – Canlı Rənglər, Parlaq Toxunuş
  5. VIP Karton Vizitkart – 700 qr. qalınlığında prestijli təqdimat
  6. Ofset Vizitkart (1000 ədəd) – Topdan
  7. Naxışlı Karton Vizitkart – 700 qr. qalınlıq, zövqlü təqdimat
  8. VIP Zərif Məxməri Vizitkart – İpəksi Toxunuşlu, Fərqli Material
  9. VIP Karton Məxməri Vizitkart – Qalın Material və Premium Təqdimat

Vizitkartların hazırlanması zamanı həm ekonom, həm premium materiallar seçilə bilər.
Bu, istər yeni başlayan sahibkarlar, istərsə də rəhbər şəxslər üçün uyğun seçim imkanı yaradır.

Vizitkart Çapında İstifadə Olunan Materiallar

Vizitkartlarımız 300–700 qram qalınlığında orijinal Avropa istehsalı kağızlarda çap olunur.
Ən çox istifadə olunan variantlar:

  • 350 qram matparlaq laminasiyalı kağız
  • 700 qram karton vizitkart
  • Məxməri səthli (ipəksi toxunuşlu) materiallar
  • Naxışlı və teksturalı səthlər

Bu materiallar həm vizual baxımdan cəlbedici, həm də toxunuşda fərqli hiss yaradır.
Vizitkartların hazırlanması zamanı hər material xüsusi keyfiyyət yoxlamasından keçir.

Vizitkart Çap Üsulları

OkPrint-də vizitkart çapı həm lazer, həm də UV çap texnologiyası ilə həyata keçirilir.

Vizitkart çapı və sifarişi
  • Lazer çap: Keyfiyyətli, sürətli və dəqiq nəticə üçün.
  • UV çap: Qabarıq effektli, premium görünüşlü və yüksək davamlı çap üsulu.

Hər iki üsulda da rənglər parlaq, xəttlər isə aydın və təmiz çıxır.

Vizitkartların Qiymətləri və Sifariş Şərtləri

Vizitkart növüMinimal tirajQiymətTəhvil müddəti
Ekonom Vizitkart100 ədəd15 AZN1 gün
Standart Plus100 ədəd20 AZN1 gün
Mat Laminasiyalı100 ədəd25 AZN1 gün
Parlaq Laminasiyalı100 ədəd25 AZN1 gün
Naxışlı Vizitkart100 ədəd25 AZN1 gün
VIP Karton Vizitkart100 ədəd49 AZN2 gün
Ofset Vizitkart1000 ədəd55 AZN14 gün
Naxışlı Karton100 ədəd60 AZN2 gün
VIP Zərif Məxməri 100 ədəd75 AZN2 gün
VIP Karton Məxməri100 ədəd99 AZN2 gün

Əlavə məlumat:

  • Qiymətlərə çap daxildir.
  • Dizayn xidməti ayrıca hesablanır (5 AZN-dən başlayır)
  • Minimal sifariş – 100 ədəd.
  • Təhvil müddəti – 1–3 iş günü (UV və Ofset vizitkartlar üçün 2–5 gün).

Vizitkart Dizayn Xidməti

Hər bir vizitkart sifarişi üçün istəyə görə dizayn xidməti təqdim olunur. Sadəcə məlumatlarınızı göndərin, qalan işi dizayner komandamız yerinə yetirəcək. Dizayn 1 gün ərzində hazırlanır və çapdan əvvəl sizə təsdiq üçün göndərilir. Adətən müştərilərimiz tərəfindən canva kimi dizayn proqramlarında yığılmış hazır dizayn göndərirlər amma bir çox hallarda bu dizaynlar çapa yararsız olur. Səbəb isə düzgün olmayan rəng seçimləri, ölçülər və canvanın ödənişsiz versiyasını istifadə etmələridir.

Vizitkart sifarişi və çapı necə verilir?

  1. Vizitkart növünü seçin

    Vizitkartlar bölməsinə daxil olaraq bütün vizitkart çeşidləri ilə tanış ola bilərsiniz. Burada siz həm vizitkartların detallı videosu, qiyməti və hazır olma prosesi haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

  2. Hazır dizaynı göndərin

    Bizimlə əlaqəyə keçin. [email protected] və ya 0553583663 nömrəsinə yazaraq öz hazır faylınızı .cdr, .ai və ya pdf formatında bizə göndərin.

  3. Hazır dizaynım yoxdursa necə edim?

    Hazır dizaynınız yoxdursa bizə öz şəxsi məlumatlarınızı yazaraq dizayn xidməti sifariş edə bilərsiniz. Məsələn: Ad, Soyad, Vəzifə, mail, telefon, mobil, ünvan, sayt, loqo və sayrə. Bizim professional dizaynerlərimiz peşə fəaliyyətinizə uyğun ən uyğun dizaynı çapdan öncə təsdiqlətmək üçün sizə göndərəcək.

Əlaqə:
+99455 974 85 54
+99455 358 36 63
Ünvan: Bakı, Azadlıq metrosu yaxınlığı
Sayt: okprint.az

Niyə OkPrint?

  • 1 günə sürətli çatdırılma
  • 300–700 qramlıq orijinal kağız materialları
  • 12+ fərqli vizitkart növü
  • Peşəkar dizayn xidməti
  • Keyfiyyətə və müştəri məmnuniyyətinə zəmanət

Tez-tez verilən suallar (FAQ)

Vizitkart sifarişi və çapı üçün minimum miqdar nə qədərdir?

Minimal sifariş 100 ədəddir.

Vizitkart nə qədər müddətə hazır olur?

Lazer çap vizitkartlar 1 günə, UV çap vizitkartlar isə 2–3 günə təhvil verilir.

Vizitkart dizaynını özüm göndərə bilərəmmi?

Bəli, mövcud dizayn faylınızı göndərə bilərsiniz. Yoxdursa, dizayn xidməti ilə biz hazırlayırıq.

img
img
img
img
img
Mətbəə Xidmətləri

Sifariş Üçün Elə İndi
Bizə Yazın!

WhatsApp Əlaqə